Friday, May 7, 2010

ANS (Azerbaijan News Service)

تلويزيون آينس ANStv  توسط برادران چنگيز مصطفي‌يف خبرنگار كشته شده در جبهه‌هاي جنگ قره‌باغ و در ابتداي استقلال آذربايجان تاسيس شده است. اين شبكه تاكنون چند بار به بهانه  اتمام  مهلت فعاليت تعطيل شده است. با اين حال گفته مي شود كه پخش برنامه هاي مغاير با منافع دولت  علت اصلي تعطيلي هاي مكرر اين شبكه بوده ايت در حال حاضر شبكه آينس منجر كاملاً به فعاليت حرفه اي خود در چارچوب منافع دولتي مشغول مي باشد.


ANS (Azerbaijan News Service) - Azərbaycanda ilk özəl televiziya kanalıdır. Sonralar fəaliyyət dairəsini çap və kommersiya məhsullarına genişləndirmiş şirkətdir. ANS Şirkətlər Qrupuna "ANS televiziya", "ANS-PRESS Nəşriyyat Evi", "ANS Kommers" və "ANS ÇM" daxildir. Qrupun prezidenti Vahid Mustavayevdir.
Azərbaycanın müstəqillik əldə etdiyi ilk zamanlarda əhaliyə ölkədə baş verən ictimai-siyasi hadisələr haqqında məlumat verən ilk müstəqil televiziya şirkəti kimi ANS 90-cı illərin əvvəllərində əhali arasında geniş nüfuza malik olmuşdur. Azərbaycanın vətənpərvər gənclərinin Qarabağ döyüşlərindəki qəhrəmanlıqlarını və Xocalı soyqırımını lentə alıb tarixin yaddaşına salan jurnalsitlər də məhz bu şirkətdə çalışmışdırlar.

1990-cu ildə 3 nəfər gənc Azərbaycanlı jurnalist, VahidSeyfulla Mustafayev qardaşları və Mirşahin Ağayev tərəfindən Azərbaycanda fəaliyyət göstərən ilk müstəqil televiziya şirkəti kimi yaradılmışdır. Azərbaycan Dövlət Televiziyasının binasında götürdükləri kiçik bir otağı studiyaya çevirərək 1992-ci il martın 2-dən etibarən öz proqram ideyalarını həyata keçirməyə başladılar. Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verənlər idi. ANS-in müxbirləri Çeçenistandan, Gürcüstandan, Osetiyadan, Qarabağdan, Abxaziyadan, Əfqanıstandan, İnquşetiyadan və s. münaqişə zonalarından reportajlar hazırlayır və BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi kanallara satırdı.
ANS-ə ən çox məşhurluq gətirən isə Qarabağ müharibəsi zamanı cəbhə xəttindən apardıqları çəkilişlər və Cingiz Mustafayevin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar olmuşdur.
Çingiz Mustafayev cəbhə bölgəsində
1994-cü ildə, artıq iki illik qanuni fəaliyyətdən sonra kompaniyanın işçi heyəti 30 nəfərə çatmışdı. 1994-cü ildə ANS televiziyası ilə AZTV arasında qalmaqal baş verdi. ANS-in işçiləri dövlət televiziyasının ərazisindən çıxarıldı, ANS televiziyasının və radiosunun yayımı dayandırıldı. Yalnız 18 saatdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevinİlham Əliyevin işə qarışmasından sonra ANS-in efiri bərpa edildi. ANS-DX (Data Xchange) - İnternet xidmətinin əməkdaşları 1996 -cı ildə internet səhifəsini hazırladılar. 2000-ci ilin sentyabrın 12-də, saat 23:45-dən etibarən Azərbaycan televiziyası tarixində, ilk dəfə, dünyanın nüfuzlu futbol turnirlərindən hesab olunan Çempionlar Liqasının oyunları ANS kanalını izləyə bilən tamaşaçılara yayımlandı. Yayım, UEFA-nın razılığılə, Avropada futbol oyunlarının Yayımlanması Şirkətilə ANS kanalı arasında bağlanan müqaviləyə əsasən həyata keçirilir. və onun oğlu
2006-cı il noyabrın 24-də Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası ANS Müstəqil Yayım və Media Şirkətinin həmçinin ANS ÇM Yayım və Media Şirkətinin yayımının dayandırılması barədə qərar çıxardı. ANS televiziyası və radiosu 17 gün yayımda olmadı. Dekabrın 10-da Milli Televiziya və Radio Şurası bəyan etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətləri, həmçinin ANS Telekanalının çoxsaylı kollektivinin müraciətini nəzərə alaraq ANS-in yenidən efirə qayıtması barədə qərar çıxarıb.[2]

Texniki imkanlar

2000-ci ilin yanvar ayında Səlyanda ANS TV-nin ilk regional ötürücü mərkəzi quruduldu, ANS Tv-nin auditoriyası Mərkəzi Aran rayonlarına qədər genişləndi. Növbəti bu qəbildən olan mərkəz Sentyabrda Cəlilabadda yaradıldı. Noyabrda Respublikanın üç məntəqəsində Mərəzədə, ŞamaxıdaXızıda ötürücü mərkəz quruldu. Dekabr ayı İvanovkada belə bir mərkəzin qurulması ilə yadda qalan oldu. 2001-ci ilin yanvar ayında Xaçmazda ötürücü mərkəzin yaradılması ilə şimal rayonlarının sakinləri indi daha keyfiyyətli siqnal qəbul edir. Lənkəranda isə belə ötürücü mərkəz həmin ilin iyulunda yaradıldı. ANS Müstəqil Yayım və Mediya Şirkəti Sentyabrın 10-u 2002-ci ildən etibarən peyk vasitəsilə yayıma başlayıb. Artıq ANS Televizyiası və ANS ÇM radiostansiyası bütün ölkə ərazisində yayımlanmaqla yanaşı Eurasisat Turksat-2A-peyki üzərindən Orta Asiya, Yaxın Şərq, Şərqi Avropa, Rusiya Federasiyasının böyük bir hissəsi, Şimali Afrika ölkələrində yayımlanır. 2002-ci ilin sentyabr ayında Xanlar, ŞəkiQuba rayonlarında ötürücü mərkəzlər qurularaq əhatə dairəsi daha da genişləndirildi.

No comments:

Post a Comment