Saturday, May 15, 2010

«Azadlıq» radiosu

HÜQUQİ ASPEKTLƏR

 
«Azadlıq» radiosu hesab edir ki, istifadəçilər İnternetə məxfi çıxış hüququna malikdirlər. Xəbərləri mümkün qədər yaxşı çatdırmaq üçün biz istifadəçilərimiz haqda iki cür məlumat toplayırıq:
 
- «Azadlıq» radiosunun xəbərlərinə abunə olmaq istəyən sayt istifadəçilərinin bizə verdiyi e-mail ünvanları;
 
- sayt ziyarətçilərinin sayını müəyyənləşdirmək üçün statistik məlumatları.
 
E-mail ünvanlar
 
«Azadlıq» radiosuna abunə olmaq üçün sayt istifadəçiləri öz elektron ünvanlarını könüllü verirlər. «Azadlıq» radiosu heç bir halda bu ünvanları üçüncü tərəfə verməyəcək. Abunəçilərin siyahısından yalnız «Azadlıq» radiosunun materiallarını yollamaq üçün istifadə olunur. Abunəçilər istənilən vaxt abunədən imtina edə bilərlər. Bunun üçün hər elektron paylama məktubunun sonunda təlimat verilir. Həmçinin, azadliq@rferl.org ünvanı ilə «Azadlıq» radiosu ilə əlaqə saxlaya bilərsiniz.      
 
 
Statistik məlumatlar
 
Əksər saytlar kimi, «Azadlıq» radiosu ziyarətçi haqda şəxsi məlumatları deyil, sayta ziyarət haqda statistikanı toplayır. Bu məlumatları toplayarkən, proqram «cookies» kimi tanınan fayllardan istifadə edir. «Cookies» faylları sayta hər yeni ziyarət zamanı yaranır, amma ziyarətçi saytdan çıxan kimi dərhal silinir. Biz bu statistik məlumatları saytımızın işini yaxşılaşdırmaq üçün istifadə edirik. Sual və qeydləriniz varsa, bu ünvana yazın: azadliq@rferl.org

No comments:

Post a Comment